Xaçmazda Təhsil nazirinin müşaviri Elnur Nəsibov ümumi təhsil məktəb müəllimləri, məktəb rəhbərləri və şöbənin metodistlər ilə görüş keçirib. Bu barədə 30 noyabr tarixində ShimalNews “Xaçmaz Rayon təhsil Şöbəsi”nin facebook səhifəsinə istinadən məlumat verir.

İlk öncə Nəsibov bir neçə ümumi təhsil müəssisələrində olub, burada mövcud şərait və tədrisin vəziyyəti ilə tanış olub.

Sonra Elnur rayon Təhsil Şöbəsinin akt zalında keçirilən görüşdə çıxış edib. O, ilk öncə pandemiya şəraitində tədrisin vəziyyətindən, istedadlı şagirdlərin vaxtında üzə çıxarılmasından, məktəbəqədər təhsillə bağlı vətəndaşları düzgün maarifləndirməsi işinin genişləndirməsindən, narkomaniya ilə mübarizədə şagirdləri mütəmadı olaraq maarifləndirmə işinin təşkilindən və digər zəruru məsələlərdən danışıb.

Görüşdə iştirakçıları maraqlandırılan sualları qonaq tərəfindən çavablandırılıb.