Xaçmazlı gənclər “ART Mən” layihəsində iştirak ediblər. Bu barədə ShimalNews 30 noyabr tarixində Xaçmaz gəncləri İnstagram səhifəsinə istinadən məlumat verir.
Heydər Əliyev Mərkəzində rəssam Cavidan Rəhmətov gənclərimizlə görüşüb. Burada rəssamlıq haqqında məlumat verilib, rənglərdən istifadə qaydası, işıq, kölgə və digər rəsm texnikaları gənclərimizə izah olunub.
Daha öncə, xaçmazlı gənclər “Azərxalça” ASC-yə səfərləri haqqında məlumat dərc olunmuşdur.