Xaçmaz-Xudat yolunda yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə ShimalNews-a 30 noyabr tarixində məlumat daxil olub.

Hadisə dünən axşam saat 21:30 radələrində Qusarçay kənd ərazisindən keçən əsas yolda qeydə alınıb. Ağ rəngli “Lada Niva” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb və yol kənarındakı ağaca çırpılıb. Qəza zamanı sürücü xəsarət alıb.

Əraziyə yol polis əməkdaşları cəlb olunub.

Photo Shimal.News
Photo Shimal.News
Photo Shimal.News
Photo Shimal.News
Photo Shimal.News
Photo Shimal.News