Xaçmaz rayon Qaraqurtlu kənd kitabxana filialında informasiya günü keçirilib. Bu barədə 30 noyabr tarixində ShimalNews “Xaçmaz Regional Mədəniyyət İdarəsi”nin rəsmi facebook səhifəsinə istinadən məlumat verir.

Görüş Xalq yazıçısı Mirzə İbrahimovun anadan olmasının 110 illiyinə həsr olunmuşdur.

Tədbiri giriş sözü ilə kitabxanaçı A.Ağayev açıb. Ağayev, yazıçının həyat və yaradıcılığı haqqında iştirakçılara məlumat verib.

Mirzə 28 dekabr 1911-ci ildə Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığındakı Eyvaq kəndində anadan olub. İbrahimov “Qazılan buruq” adlı ilk şeiri 1930-cu ildə “Aprel alovları” məcmuəsində dərc olunmuşdur.

O, Nəriman Nərimanovun həyat və mübarizəsindən bəhs edən “Közərən ocaqlar” pyesinin, həmçinin “Azad”, “Tonqal başında”, “Gələcək gün”, “Böyük dayaq”, “Pərvanə” və sair əsərlərin müəllifidir. Onun əsərləri bir çox xarici dillərə tərcümə edilmişdir.

İbrahimov 17 dekabr 1993-cü ildə Bakıda vəfat etmişdir və Fəxri Xiyabanda dəfn olunmuşdur.

Sonda iştirakçılar kitab sərgisi ilə tanış oldular.