Xaçmazda yük avtomobili bu gün, gecə saat 12:30 radələrində yanıb. Bu barədə ShimalNews-a 30 noyabr tarixində məlumat daxil olub.

Hadisə Bakı-Gəndob-Yalama avtomobil yolunda yerləşən “LukOil” yanacaq doldurma məntəqəsində (YDM) qeydə alınıb. “DAF” markalı qoşqulu yük avtomobilinin sürücü kabinasında alışma baş verib.

Xaçmaz rayonunun Şıxlı kənd sakini, 59 yaşlı sürücü Əmrah Şeydayev və onunla birgə Bakı şəhər sakini, 45 yaşlı Nofəl Mehdiyev alovun qarşısını almağa uğursuz cəht ediblər.

YDM-nə FHN-nin 2 yanğınsöndürən maşınları və canlı qüvvələri cəlb olunub. Yanğının qarşısı alınıb.

Nəticədə sürücü və sərnişin müxtəlif yanıq xəsarətləri alıblar. Qoşqulu yük avtomobilinin yanar hissələri və qismən qoşqusu yanıb. Yanacaqdoldurma məntəqəsi yanğından mühafizə olunub.

Faktla bağlı araşdırma aparılır.