Xaçmaz bələdiyyəsinin binasında təmir işləri aparılır. Bu barədə ShimalNews-a 30 noyabr tarixində məlumat daxil olub.

İnzibati binanın daxilində kosmetik işlər görülür. Həmçinin kanalizasiya borularının yenilənməsi prosesi aparılır.

Daha öncə, Xaçmaz şəhərində yol kənarı ərazilərdə təmir-bərpa işləri aparılması haqqında məlumat vermişdik.