Qusar gəncləri üçün “İnsan Hüquqları” təlim sessiyası hazırlanıb. Bu barədə 30 noyabr tarixində ShimalNews Resource HUB-ln facebook səhifəsinə istinadən məlumat verir.

“Təlimçilər üçün Təlim” adlı proqram çərçivəsində gənclər ümumdünya insan hüquqları bəyannaməsi, mədəni, siyasi, sosial, şəxsi, mülki hüquqlar barədə ətraflı məlumat əldə ediblər. Bu bilikləri reallıqla müqayisə edib və müzakirəyə çıxarıblar.

Bu proqram Almaniyanın MOCI-Qafqaz platforması çərçivəsində həyata keçirilir.