Qusar şəhər 4 nömrəli tam orta məktəbin şagirdi Əliyev Azad Oleqoviç rəsm müsabiqəsində 2-ci yer tutub. Bu barədə 30 noyabr tarixində ShimalNews Baş Dövlət Yol Polisi İdarəsinə istinadən məlumat verir.

“Yol hərəkəti qaydaları uşaqların gözü ilə” adlı tədbirdə 97 tam orta məktəb, lisey, gimnaziya, uşaq-gənclər inkişaf mərkəzlərinin təmsilçiləri iştirak edib. Qaliblər dəvət olunmuş KİV təmsilçilərinin rəyi nəzərə alınmaqla müəyyən olunmuşdur.

Bu müsabiqənin məqsədi uşaq və yeniyetmələr arasında yol hərəkəti təhlükəsizliyinə dair bilik və vərdişlərin inkişaf etdirilməsidir. Həmçinin, onların yol hərəkəti qaydaları haqqında biliklərinin artırılması hədəf alınıb.

Qaliblərin və müsabiqədə fərqlənən tərəflər dekabr ayı ərzində təltif olunacaq. Fəal iştirak etdiklərinə görə Quba təhsil şöbə müəllimlərinə xüsusi diqqət ayrılacaq.