Qubada şəhid Orxan Balayevin ildönümü qeyd olunacaq. Bu barədə ShimalNews-a 30 noyabr tarixində məlumat daxil olub.
Tədbir bu gün, saat 11:00-da Alpan kəndində baş tutacaq. İlk olaraq şəhidin məzarı ziyarət olunacaq. Daha sonra ehsan süfrəsi açılacaq.
Orxan 2018-ci ildə əsgərliyini bitirdikdən sonra, üç aylıq gizirlik kursunu uğurla keçərək Vətənə xidmətini davam etdirib. Vətən müharibəsinin ilk günlərindən Xüsusi Təyinatlı Qüvvələrin tərkibində Tərtər və Ağdərə istiqamətində döyüşüb. Qəhrəman döyüşçü ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.