Qubada “Rəqəmsal icra hakimiyyəti” layihəsi çərçivəsində maarifləndirmə işləri başlayıb. Bu barədə ShimalNews 30 noyabr tarixində “ASAN Radio”nun facebook səhifəsinə istinadən məlumat verir.

Ötən həftədən başlayaraq ASAN könüllülər rayonda yerləşən “ASAN xidmət” mərkəzlərində vətəndaşları məlumatlandırırlar. Könüllülər vətəndaşlara rih.gov.az portalının vətəndaşlara verdiyi üstünlük, yerli icra hakimiyətlərinə onlayn və ya fiziki görüşün əldə edilməsi üçün elektron müraciət, portalda yer almış mümkün elektronlaşdırılmış xidmətlər və s. haqda məlumat verirlər. Onlar portalda onlayn qeydiyyatdan keçmək istəyən vətəndaşlara dəstək olurlar.

Daha öncə, “Rəqəmsal icra hakimiyyəti” – rih.gov.az portalı tətbiq olunması barəsində məlumat vermişdik.