Qubada aqrokimya laboratoriyası fəaliyyət göstərir. Burada fermerlər öz torpaqlarını analiz edə bilər. Bu barədə 30 noyabr tarixində ShimalNews Kənd Təsərrüfatı Nazirliyinə istinadən məlumat verir.
Subsidiyaların verilməsi üçün mühüm yeniliklər var. Onlardan biri, ümumi torpaq sahəsi 5 hektardan çox olan fermerlərin hər 5 hektara 1 torpaq analizi vermələridir.
Analiz vasitəsilə torpaqların münbitliyi qorunacaq. Həmçinin, mineral və üzvi gübrələrdən düzgün və səmərəli istifadəni təmin edəcək. Fermerlər düzgün gübrə növü istifadə edə biləcəklər. Bununla torpaqların uzun müddətli və davamlı istifadəsi təmin olunacaq.
Müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalar Dövlət Aqrar İnkişaf Mərkəzinin binasında yerləşir. Analiz paketinə pH, elektrik keçiricilik, ümumi azot, mənimsənilən fosfor və mübadiləvi kalium göstəriciləri daxildir.