Şimal bölgəsində taxıl məhsulları bahalaşıb. Bu barədə ShimalNews-a 30 noyabr tarixində məlumat daxil olub.
Yay aylarında 35 qəpiyə satılan buğda, hal hazırda 52-60 qəpiyə satılır. Əlavə müqaisələr cədvəli:
Məhsul | Yay aylarında (qəpik) | Bu gün (qəpik) |
Buğda | 35 | 60-65 |
Arpa | 30 | 44-50 |
Qarğıdalı | 40 | 60-65 |
Sakinlərin sözlərinə görə, qarşıda qış aylarını nəzərə alsaq məhsul artıq çox bahalaşıb. Qiymətlər ötən illərlə müqayisə edilir.
Mövcud vəziyyəti həmçinin satıcılar təstiq edib. Bildirilib ki, bundan sonrada artım davam edəcək. Səbəb isə ölkədə istehsal olan taxıl məhsulları təlabatı ödəmədiyi və xarici bazarda bahalaşmadır.
Çikaqo birjasında (dünyada ən böyük birja hesab olunur) buğdanın qiyməti 2012-ci ildən bu günədək ilk dəfə 8 dolları həddini keçib.
Ötən ayın əvvəlində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) sentyabr ayında ərzağın dünya qiymətləri son 10 ilin ən yüksək həddinə çatdığını açıqlamışdı.
