Xaçmazda dekabrın 19-u qəbul imtahanı modelinə uyğun sınaq imtahanı keçiriləcək. Bu barədə ShimalNews 29 noyabr tarixində “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi”nə istinadən məlumat verir.
Ali təhsil müəssisələrinə qəbul imtahanlarının II mərhələsi üzrə sınaq imtahanına qeydiyyat aparılır və 9 dekabr saat 23:59-dək davam edəcək. Qeydiyyatdan keçmək üçün ekabinet.dim.gov.az keçidində “Şəxsi kabinet” yaradılmalıdır (olmayanlar üçün).
Burada nəzərdə tutulan məbləğ (40 AZN) yüklənilməlidir hesaba. III qrup üzrə DT və TC altqruplarının hər 2-ni seçənlər öz kabinetlərinə coğrafiya fənnindən əlavə imtahan üçün 15 AZN də yükləməlidirlər. Bu imtahan (coğrafiya fənni üzrə) dekabrın 26-da keçiriləcək.
Hesaba lazımı miqdarda vəsait əlavə etmək üçün ödəniş üsullarından yararlanmaq olar. Daha sonra DİM-in saytında yerləşdirilən qeydiyyat linki vasitəsilə “Şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə sistemə daxil olub “İmtahana buradan yazılın” düyməsini basmaq lazımdır.
Burada şəxsiyyəti təsdiq edən sənədin məlumatları, telefon nömrəsi, imtahan verəcəyiniz bölmə, ixtisas qrupu seçilir və “Qeydə al” düyməsi basılır. Bundan sonra “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni çap eləmək olar.
Binaya buraxılış üçün sənədlər:
- Şəxsiyyət vəsiqəsinin əsli
- İmtahana buraxılış vərəqəsi
- İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə
İmtahan nəticələri 2 həftədən sonra elan olunacaq.