Xaçmaz rayonunda intihara cəhd olub. Bu barədə ShimalNews 29 noyabr tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.

Uzunoba kəndində 1 nəfər intihar etmək istəyini nümayiş etdirib. O, mobil rabitə operatorun qülləsinə çıxıb. “112” qaynar telefon xəttinə məlumat daxil olaraq hadisə yerinə FHN-nin xilasetmə qüvvələri cəlb edilib.

Vətəndaşla psixoloji söhbətlər aparılandan sonra, məlum olub ki, o, özünə qəsd etmək fikrində idi.

Daha öncə, Həsən bəy Rəsulov küçəsində intihara cəhd haqqında məlumat vermişdik.