Xaçmaz rayon Qalağan kənd kitabxana filialının işçiləri kitabxananın fəal oxucuları ilə birlikdə “Poeziyamızın sönməz günəşi” adlı dəyirmi masa keçirib. Bu barədə 29 noyabr tarixində ShimalNews “Xaçmaz Regional Mədəniyyət İdarəsi”nin rəsmi facebook səhifəsinə istinadən məlumat verir.
“Nizami Gəncəvinin 880” yubileyi münasibəti ilə keçirilən tədbirdə kitabxana filialının müdiri Rübail Nəsirov sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsi olmasından danışıb. Daha sonra filialın multimedia mütəxəssisi Aynur İsayeva Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında oxuculara ətraflı məlumat verib.
Qeyd edək ki, bu il Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Prezidentin qərarı ilə, 2021-ci il Azərbaycanda “Nizami Gəncəvi ili” elan edilmişdir.