Xaçmazda 2 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə məlumat 29 noyabr tarixində ShimalNews-a daxil olub.
Hadisə bu gün saat 10:40 radələrində şəhərin Hacı Zeynalabdin Tağıyev küçəsində qeydə alınıb. “Qazel” markalı avtomobil manevr edərkən arxadan gələn “VAZ-2106” markalı avtomobil ilə toqquşub.
Xəsarət alan olmayıb.
Daha öncə, Çuxuroba kənd sakininin yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişməsi barədə məlumat vermişdik.