Qusarın futbol klubu paytaxt komandasına qalib gəldi. Bu barədə ShimalNews 29 noyabr tarixində Region Liqasının facebook səhifəsinə istinadən məlumat verir.

“Şağan OİK” stadionunda Şirvanovka 4-1 hesabı ilə paytaxtın İCBFA komandasını məğlub edib. Oyun Region liqasının 5-ci turu çərçivəsində baş tutub.

Daha öncə, “Şağan OİK” stadionunda Şirvanovka və İCBFA qarşıdurması baş verəcəyi haqqında məlumat vermişdik.