Qubada Vətən müharibəsi şəhidinin anım günü qeyd olunub. Bu barədə ShimalNews-a 29 noyabr tarixində məlumat daxil olub.

Şəhid Tamerlan Səfərovun Səbətlər kəndində yerləşən məzarı ziyarət olunub. Burada rayon İcra Hakimiyyətin nümayəndələri, ailə üzvləri və kənd sakinləri iştirak ediblər. Daha sonra ehsan süfrəsi verilib.

Tamerlan 6 yanvar 2001-ci ildə Qubada anadan olmuşdur. O, Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Səfərov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.