Xudatda ASAN Səyyar xidmət göstəriləcək. Bu barədə 29 noyabr tarixində ShimalNews-a məlumat daxil olub.

Şəhər inzibati ərazi üzrə nümayəndəliyinin qarşısında ASAN 7 avtobusu vətəndaşları qəbul edəcək. Bura dekabrın 1-dən başlayaraq 24-dək müraciət etmək olar. Əsas məqsəd səyyar şəkildə göstərilən dövlət xidmətlərinin vətəndaşlara daha rahat üsulla təmin edilməsidir.

Əhali həftənin 5 günü müraciət edə bilər. Saat 10:00-dan 18:00-dək fəaliyyət göstərir. Saat 14:00-dan 15:00-dək nahar fasiləsidir. Şənbə və bazar günləri qeyri iş günüdür.