Quba Olimpiya idman kompleksində son tamamlanma prosesi görülür. Bu barədə ShimalNews-a 29 noyabr tarixində məlumat daxil olub.
Ətraf ərazidə iməclik, yaşıllaşdırma və digər zəruri işlərin icrası aparılır. Çox sayda işçi heyəti əraziyə cəlb olunub.
Sentyabrın 17-si Quba rayonunda geniş miqyaslı abadlıq və quruculuq işlərinin aparılması mövzusunu ictimai diqqətə çatdırmışdıq.
Bundan öncə, 2 il ərzində toplanan çoxsaylı tullantılar haqqında məqalə dərc etmişdik. Qeyd olunan ərazi təmizlənib, səkilər və bordürlər quraşdırılır, asfalt salınma prosesi başlamışdır.
