Xaçmazda İcra Hakimiyyətinin başçısı vətəndaşlarla görüş keçirib. Bu barədə ShimalNews 27 noyabr tarixində rayon İcra Hakimiyyətinin səhifəsinə istinadən məlumat verir.

Onlayn qəbulda Elnur Rzayev fərdi qaydada sakinlərin müraciətlərini dinləyib. Müraciətlər işlə təmin olunma, fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, məşğulluq məsələləri, qaz təchizatının yaxşılaşdırılması eləcədə digər sosial müdafiə məsələlərini əhatə edib. Bəziləri yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər isə müvafiq qurumlara yönləndirilib.

Rzayev qəbulda iştirak edən məsul şəxslərlə müzakirələr aparıb və qaldırılan məsələlərin nəzarətə götürülməsi barədə tapşırıqlar verib.