Xaçmazda “Aşıq Ələsgər poeziyasında saf məhəbbətin tərənnümü” adlı tədbir baş tutub. Bu barədə ShimalNews 27 noyabr tarixində rayon Regional Mədəniyyət İdarəsinin Facebook səhifəsinə istinadən məlumat verir.

Aşıq Ələsgərin 200 illik yubileyi ilə əlaqədar keçirilən tədbir rayon Regional Mədəniyyət İdarəsi Quba rayon MKS-nin Mərkəzi Kitabxanasının və Quba Uşaq Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

Görüşə dəvət olunmuş dil-ədəbiyyat müəlliməsi Pərvanə Məcidova çıxışında bildirib ki, Aşıq Ələsgər elmin, haqq-ədalətin tərəfdarı, saf məhəbbətin, təmiz duyğuların tərənnümçüsü və təbliğatçısı idi.

Tədbir musiqi məktəbinin müəllimi Elnur Qubatovun ifasında saz havaları ilə davam etdirilib. Həmçinin, məktəbin şagirdləri Aşıq Ələsgərin qoşmalarından ibarət kompozisiya ilə çıxış ediblər.

Sonda iştirakçılar tərəfindən “Aşıq Ələsgər-200” adlı sərgiyə baxış keçirilib.