Qusarda Müdafiə naziri general-polkovnik Zakir Həsənov və digər rəhbər heyəti  Şəhidlər xiyabanını ziyarət ediblər. Bu barədə ShimalNews 27 noyabr tarixində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin səhifəsinə istinadən məlumat verir.

Onlar şəhidlərin xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri düzülərək xatirəsinə ehtiram bildiriblər.

Müdafiə naziri burada rayon İcra Hakimiyyətinin rəhbərliyi, şəhid ailələri və ictimaiyyət nümayəndələri ilə görüşüb. Nazir şəhid ailələrinin problemləri və istəkləri ilə maraqlanıb.