Qubada Alekseyevka kənd tam orta məktəbində “Gəncliyimizi narkomaniyadan qoruyaq” adlı tədbir keçirilib. Bu barədə ShimalNews 27 noyabr tarixində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Ombudsmanın rəsmi səhifəsinə istinadən məlumat veririk.

Maarifləndirmə tədbiri Ombudsmanın Quba Regional Mərkəzi, rayon Polis Şöbəsi və rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Görüşdə adıçəkilən qurumların nümayəndələri, məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.

Burada çıxış edən Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev narkomaniyanın insan sağlamlığı və bütövlükdə cəmiyyət üçün yaratdığı problemlər, narkomaniya ilə mübarizə istiqamətində həyata keçirilən işlər və sağlam həyat tərzinin vacibliyi haqqında danışıb.

Daha sonra iştirakçıların sualları cavablandırılıb, onların fikirləri dinlənilib.