Qubada Dəvədabanı massivi ərazisində iməçlik işləri görülüb. Bu barədə ShimalNews-a 27 noyabr tarixində məlumat daxil olub.
İşlər Qonaqkənd yolunun massivdən keçən hissəsində aparılıb. Yol boyu ağaclar budanaraq əhənglənib. Aidiyyəti qurumun əməkdaşları ərazini kol-koslardan təmizləyiblər. Daha sonra tullantılar yol kənarına toplanıb.

