Qubada birmərtəbəli tikilinin dam örtüyü yanıb. Bu barədə ShimalNews 27 noyabr tarixində Fövqəladə Hallar Nazirliyinin səhifəsinə istinadən məlumat verir.
Hadisə Barlı kəndində baş verib. Burada fəaliyyət göstərməyən ümumi sahəsi 400 m² olan tikilinin dam örtüyü 100 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın FHN-nin əməkdaşları tərəfindən söndürülüb.