Xudatda futbolsevərlərlər stadion həsrətindədirlər. Bu barədə ShimalNews-a 26 noyabr tarixində məlumat daxil olub.

Sakinlərin sözlərinə görə, bir neçə il öncə Osman Mirzəyev küçəsində stadion inşa olunmuşdur. Futbol oynamaq istəyənlər burada asudə vaxtlarını keçirirdilər. Daha sonra, meydança yerini dəyişdi və Xudat şəhər 2 nömrəli tam orta məktəbin nəzdinə keçdi. Yalnız məktəblilər burada dərslər keçir. Digər vaxt stadion istifadəsiz qalır. Yerli əhali ödənişli əsaslı olsa da bu məkandan yararlanmaq istəyir.

Daha öncə, Xudatda açılan Peyntbol (ingilis dilindən tərcümədə boyalı top) əyləncə məkanı haqqında məlumat vermişdik.