Xaçmazda Vətən müharibəsi şəhidinin ildönümü mərasimi qeyd olunub. Bu barədə ShimalNews 26 noyabr tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinin Facebook səhifəsinə istinadən məlumat verir.

Mərasim rayon Tarix Diyarşünaslıq muzeyi, Xalça muzeyi, Heydər Əliyev mərkəzi əməkdaşlarının və şəhidin yaxınlarının iştiraki ilə baş tutub. Onlar çavuş Fəxrəddin Fərəcovun məzarını ziyarət ediblər.

Fəxrəddin 23 oktyabr 1993-cü ildə Xudat şəhərində anadan olmuşdur. O, Xocavənd istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Fərəcov ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.