Xaçmazda Vətən müharibəsi şəhidinin ildönümü mərasimi keçirilir. Bu barədə ShimalNews-a 26 noyabr tarixində məlumat daxil olub.

Şəhid Davud Hacıyevın ehsan süfrəsi “Şəhzadə” sarayında verilir. Burada rayon İcra Hakimiyyəti, Heydər Əliyev mərkəzi, muzeylər və kitabxanaların rəhbər şəxsləri iştirak edirlər. Mərasim axşam saatlarına kimi davam edəcək.

Davud 14 iyul 1998-ci ildə Xaçmazda anadan olmuşdur. O, Füzuli uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gələrək ağır yaralanıb. Davud bir müddət komada qalıb və oktyabrın 26-si şəhidlik zirvəsinə ucalıb. Hacıyev ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.