Qusarda “Gənclər narkomaniyaya yox deyir” və “Erkən nigah və onun fəsadları” mövzularında tədbir keçirilib. Bu barədə ShimalNews 26 noyabr tarixində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Facebook səhifəsinə istinadən məlumat verir.

Tədbir Rayon Polis Şöbəsinin təşəbbüsü ilə Balaqusar kənd tam orta məktəbində baş tutub. Burada ictimaiyyət nümayəndələri, eləcə də məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

Görüşdə polis mayoru Şükran Bayramov çıxış edib. O, narkomaniyanın cəmiyyətə törətdiyi fəsadlar haqqında danışıb.

Həmçinin, Bayramov erkən nigahın səbəb olduğu problemlərdən də söhbət açaraq, hər bir uşağın yaşamaq, təhsil almaq, müdafiə olunmaq hüquqları olduğunu vurğulayıb.

Qeyd edib ki, hər bir şagird öz hüquq və vəzifələrini bilməli, zərərli vərdişlərdən uzaq durmalıdır.

Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.