1921-ci ildə İstanbulda Azərbaycan Xalq Cümhuriyyətində Daxili İşlər naziri olmuş Behbud xan Cavanşirin erməni terrorçusu Torlakyan tərəfindən qətli ilə bağlı məhkəmə keçirilmişdir. Həmin məhkəmədə qubalı Səməndər Axundzadə[1]  könüllü olaraq şahidlik etmişdir. O, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş ilk 100 tələbədən biri idi.

Behbud ağa Cavanşir Çanaqqalada savaşıb. Millətin təhlükəsizliyini təmin etdi. Qalitsiyaya getdi. Oradan da şərəflə döndü”. Şahid Səməndərin bu dediklərinin məhkəmə üçün böyük əhəmiyyəti var idi. Bunun səbəbi isə, 1918-ci ilin sentyabrında Bakıda türklər tərəfindən ermənilərə qarşı törədilən “soyqırım” ilə bağlı idi. Ermənilər bunu israr etsələr belə, Axundzadənin ifadələri bunun əksini göstərirdi.

Axundzadə, türklər gələndən sonra Bakıda qayda-qanun yaradıldığını və əhalidən silahların toplandığını qeyd edib: “Mən də əhalidən əllərdə olan silahları toplayanların arasında olduğumdan, xalqın bütün silahları təhvil verdiklərini gördüm”.

Burada Axundzadənin Torlakyanın erməni vəkili ilə 1918-ci ilin soyqırımı haqqında belə bir dialoq yarandı:

–       İstanbula nə üçün gəldiniz?

–       Buradan Avropaya gedib təhsilimi davam etdirmək istəyirəm.

–       Siz hələ də 1918-ci ilin martında ermənilərin müsəlman qırğını törətməsi məsələsində israr edirsiniz?

–    Bəli, israr edirəm. 1918-ci ilin martında ermənilər müsəlmanları qətlə yetirdilər.

Bundan sonra Axundzadə ermənilərin xəyanətləri haqqında danışır. Səməndər Müsəlman Milli Şurasının sədri Əlimərdan bəy Topçubaşovla görüşərək müsəlmanların qətlə yetirildiklərini bildirir: “Siz bir dəfə Bakıya gedib hər şeyi öz gözünüzlə görün. Orada elə bir ev, elə bir yuva tapmayacaqsınız ki, yandırılmamış, uçurulmamış, yaxud ailə üzvlərindən birini itirməmiş olsun”.