Qubalı gənclər Norveçə virtual səyahət ediblər. Bu barədə ShimalNews 26 noyabr tarixində “Quba Gəncləri”nin rəsmi facebook səhifəsinə istinadən məlumat verir.

Tədbir “Pəncərəmdən dünyaya” layihəsi çərçivəsində keçirilib. Alekseyevka kənd tam orta məktəbinin “E-Tədris Mərkəzi” otağında virtual səyahət baş tutub.

Gənc səyahətçilər Norveçin küçələrini gəzdi, oranın insanlarını və mədəniyyətini kəşf etdi. Həmçinin, füsünkar Qütb parıltısını izləməyi də unudmadılar.

Səyahətlə yanaşı digər imkanlardan faydalanmaq mümkün olub. “Kahoot!” proqramı vasitəsilə öyrədici oyunlar da marağlı keçib.

Gələcəkdə bu cür səyahətlərdə iştirak etmək istəyən gənclər dəvət olunublar.