Qubada işıq dirəklərinin lampaları dəyişdirilir. Bu barədə ShimalNews-a 26 noyabr tarixində məlumat daxil olub.

Hal-hazırda Fətəli Xan küçəsində işlər görülür. Dirəklərə baxış keçirilir, sıradan çıxan lampalar dəyişdirilir və naqillərdə nasazlıqlar aradan qaldırılır. Texnika və işçi güvvəsi əraziyə cəlb olunub.

Sakinlərin sözlərinə görə, bir çox lampalar işlək deyildi.

Daha öncə, Qubada işıq dirəklərin zədəli naqilləri təmir olunması haqqında məlumat vermişdik.