Qubada “Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda tədbir keçirilib. Bu barədə ShimalNews-a 26 noyabr tarixində Quba Dövlət Sosial İqtisadi Kolleci -Tələbə Gənclər Təşkilatının Facebook səhifəsinə istinadən məlumat verir.

Tədbir rayon İcra Hakimiyyəti ilə yanaşı digər qurumların təşkilatçılığı ilə Dövlət Sosial İqtisadi Kollecində baş tutub. Burada həmin qurumların rəhbər və nümayəndələri, kollecin müəllim və tələbələri iştirak ediblər.

Görüşdə çıxış edənlər 25 noyabr – 10 dekabr tarixlərini əhatə edən 16 günlük “Gender əsaslı zorakılıqla mübarizə” devizli kampaniya barədə məlumat veriblər. Həmçinin, ölkəmiz və dünya dövlətlərində bu sahədə aparılan işlər haqda danışıblar.

Sonda iştirakçıların sualları cavablandırılıb, mövzu üzrə müzakirələr aparılıb.