Qubada Vəlvələ kəndində 30 noyabr tarixində səyyar vaksinasiya təşkil olunacaq. Bu barədə ShimalNews-a 26 noyabr tarixində məlumat daxil olub.

Vaksinasiya saat 9:00-dan 18:00-a kimi Vəlvələ kənd həkim məntəqəsində keçiriləcək. Burada 18 yaşından yuxarı hər kəs COVİD-19 infeksiyasına qarşı 1-ci, 2-ci və 3-cü doza vaksin ala bilərlər.

Daha öncə, həmin kənddə baş tutan səyyar vaksinasiya haqda məlumat vermişdik.