Qubada çay yatağı durmadan dərinləşir. Bu barədə ShimalNews-a 26 noyabr tarixində məlumat daxil olub.
Hacıhüseynli kəndində Qudyalçayın yatağı dərinləşir. Buna səbəb burada yerləşən daş karxanalarının fəaliyyətidir.
Təsərrüfatçılar bildiriblər ki, yaranmış vəziyyətdən narahatdırlar. Bu il ərzində bağları və sahələri suvarmaq mümkün olmayıb. Suyun səviyyəsi normadan aşağı idi. Üstəlik karxanalar qazma işləri ilə dərəni dərinləşdirirlər.
Daha öncə, Hacıhüseynli kəndində su qıtlığına görə bağlar və meyvə məhsulunun məhv olması haqqında məlumat vermişdik.
