Qubada bu gün 2-ci Nügədi kəndində səyyar vaksinasiya keçirilir. Bu barədə ShimalNews-a 26 noyabr tarixində məlumat daxil olub.

Qəbul saat 17:00-dək kənd həkim məntəqəsində olacaq. Burada COVİD-19 virusuna qarşı 1, 2 və 3-cü doza üçün müraciət eləmək olar. Şəxsiyyət vəsiqəsi və 18 yaşdan yuxarı olmaq tələb olunur.

Daha öncə, Dağlı kəndində səyyar vaksinasiya keçirilməsi haqqında məlumat vermişdik.