Xaçmazda Vətən müharibəsi şəhidinin anım günü qeyd olunub. Bu barədə ShimalNews 25 noyabr tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinin Facebook səhifəsinə istinadən məlumat verir.

Şəhid Davud Hacıyevın məzarı ziyarət olunub. Ziyarət Qaraqurtlu kənd kitabxana filialı əməkdaşlarının iştiraki ilə baş tutub. Onlar məzarın önünə gül dəstələri qoyublar.

Davud 14 iyul 1998-ci ildə Xaçmazda anadan olmuşdur. O, Füzuli uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gələrək ağır yaralanıb. Davud bir müddət komada qalıb və oktyabrın 17-si şəhidlik zirvəsinə ucalıb. Hacıyev ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.