Xaçmazda sahibkarlarla müzakirələr aparılıb. Bu barədə ShimalNews 25 noyabr tarixində Azərtac-a istinadən məlumat verir.
Görüşdə sahibkarların ixrac zamanı qarşılaşdıqları məsələlər və onların həlli yollarına dair fikir mübadiləsi aparılıb. Tədbir İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təşkilatçılığı ilə baş tutub.
Sahibkarları ən çox narahat edən məsələlər arasında, malın mənşəyinin təyin edilməsi üçün tələb olunan sənədlərin tam təqdim edilməməsi olub. Həmçinin, mal istehsalçısı olmadığı təqdirdə, ixracatçıların elektron alış aktlarının və ya elektron qaimələrin təqdim və ya düzgün tərtib edilməməsi bildirilib.
Bu cür halların aradan qaldırılması istiqamətində sahibkarlara müxtəlif təlimatlar verilib. Dövlət Xidməti tərəfindən bu kimi görüşlərin maarifləndirmə məqsədilə mütəmadi təşkili nəzərdə tutulur.