Xaçmaz rayonunda Nizami Gəncəvinin 880 illiyi münasibətilə informasiya günü keçirilib. Bu barədə 25 noyabr tarixində ShimalNews “Xaçmaz Regional Mədəniyyət İdarəsi”nin rəsmi facebook səhifəsinə istinadən məlumat verir.

Qaracik-Zeyid kənd kitabxana filialında tədbir keçirilib. Burada dahi şair və mütəfəkkir Nizami Gəncəvinin yaradıcılığı haqqında danışılıb. Məktəblilər şairin əsərlərindən ibarət şeirlər söyləyiblər. Sonda kitab sərgisi nümayiş olunub.

Daha öncə, Qalağan kənd kitabxana filialında təşkil olunan ədəbiyyatın sərgisi haqqında məlumat vermişdik.