Xaçmazda şəhid ailələri və qazilər üçün ödənişsiz kompüter kursları təşkil olunur. Bu barədə ShimalNews-a 25 noyabr tarixində məlumat daxil olub.

Kurslar Z.Əliyeva küçəsində (Karusel-ə çatmamış) yerləşir. Burada ofis proqramları və layihə-dizayn üzrə dərslər keçirilir. Ofis hər gün saat 9:00-dan 18:00-ya kimi fəaliyyət göstərir.

Qeyd edək ki, adi qaydada dərslər ödənişlidir.