Xacmazda artezian quyularından su durmadan torpağa axıdılır. Bu barədə ShimalNews-a 25 noyabr tarixində məlumat daxil olub.

Qaraqurtlu kənd sakini bildirib ki, uzun müddət 3 artezianda daimi su boş yerə axır.

Məsələ ilə bağlı araşdırma zamanı məlum olub ki, bu su quyuları daimi işləməlidir. Hidravilik təziq heç bir avadanlıq işlətmədən suyu yer üzünə çıxarır. Axar bağlansa boru tutulacaq və yenidən qazıntı işlərinə ehtiyyac yaranacaq.

Məsələn, Qubada təxmini 100 metrdən artıq qazıntı işləri aparılmalıdır və su nasosu quraşdırılmalıdır ki, artezian çalışsın. Lakin Xaçmazın bəzi yerlərində 10-15 metr qazmaq kifayət edir.