Qubada saat 11:00 radələrində yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə ShimalNews-a 25 noyabr tarixində məlumat daxil olub.
“Lada” və “BMW” markalı minik avtomobilləri yol ayrıcında toqquşublar. Hadisə Molla Pənah Vaqif küçəsində baş verib, əraziyə DYP-nin əməkdaşları cəlb olunublar.
Avtomobillərə ciddi ziyan dəyib. Xəsarət alan olmayıb.
Daha öncə, Qubada 3 avtomobilin iştiraki ilə zəncirvari qəza baş verdiyi haqqında məlumat vermişdik.

