Quba ADPU 30 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçəcək. Bu barədə ShimalNews-a 25 noyabr tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının facebook səhifəsinə istinadən məlumat verir.

Bir neçə saat sonra “Regionlarda ali təhsil: reallıqlar və perspektivlər” mövzusunda konfrans öz işinə başlayır. Tədbir 25-26 noyabr tarixlərində, yerli media nümayəndələrinin iştirakı ilə “YouTube Live” və “Zoom” platformaları üzərində keçiriləcək.

2021-ci ildə respublikamızın ilk ali pedaqoji təhsil ocağının – Azərbaycan Dövlət Pedaqoji Universitetinin fəaliyyətə başlamasının 100 və Quba filialının 30 illiyi tamam olur.