Xaçmazda gənclər “Azərxalça” ASC-yə səfər ediblər. Bu barədə ShimalNews 24 noyabr tarixində “Xaçmaz gəncləri”nin Facebook səhifəsinə istinadən məlumat verir.

Tədbir “İncə İlmələr” layihəsi çərçivəsində həyata keçirilib. Gənclərə “Azərxalça” ASC-nin Xaçmaz filialının yaranması və fəaliyyəti haqqında  məlumatlar verilib. Sonra emalatxana ilə tanışlıq olub.

Emalatxanada Azərbaycanın bir çox zonalarına məxsus xalçalar toxunur. Üstünlük isə əsasən şimal bölgəsinə (Quba) verilir.