Xaçmazda 1-ci Qarabağ müharibəsi şəhidinin doğum günü qeyd olundu. Bu barədə ShimalNews 24 noyabr tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinin Facebook səhifəsinə istinadən məlumat verir.

Şəhid Elşən Mərdanovun məzarı ziyarət olunub, məzarın önünə gül dəstələri qoyulub. Burada rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Palçıqoba, Qusarçay, Dədəlli kənd kitabxana filiallarının əməkdaşları və şəhidin ailə üzvləri iştirak ediblər.

Mərdənov 24 noyabr 1974-cü ildə Palçıqoba kəndində anadan olmuşdur. O, 24 mart 1994-cü ildə Füzuli rayonu Əlixanlı kəndi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə uçalmışdır.