Xaçmazda şəhid ailələrin evi qazla təmin olunub. Bu barədə ShimalNews 24 noyabr tarixində Azəriqaz İB-nin rəsmi facebook səhifəsinə istinadən məlumat verir.

Rəhimoba kəndində yaşayan 8 şəhid ailəsinin fərdi yaşayış evi mavi yanacaqla təmin olunub və yeni sayğaclar quraşdırılıb.

Daha öncə, kənd sakinləri bu məsələ ilə bağlı “Azəriqaz” İB-nin direktoruna müraciət etmişdilər.

Foto Azəriqaz İB-nin rəsmi Facebook səhifəsindən
Foto Azəriqaz İB-nin rəsmi Facebook səhifəsindən