Qusarda Qayakənd ərazisində silah-sursat tapılıb. Bu barədə ShimalNews 24 noyabr tarixində Report-a istinadən məlumat verir.
Bu barədə məlumat Rayon Polis Şöbəsinin Növbətçi hissəsinə daxil olub. Əməkdaşlar dərhal hadisə yerinə gediblər. Kəndin kənarındakı kolluq ərazidən 1 ədəd alışdırıcısız F-1 əl qumbarası, 1 ədəd qını ilə birlikdə süngü bıçaq və 714 ədəd müxtəlif çaplı güllələr aşkar edilərək müsadirə olunub.
Faktla bağlı araşdırma aparılır.