Qusar rayonunda bu gün hamilə qadın dəm qazından zəhərlənib və həyatını itirib. Bu barədə ShimalNews-a 24 noyabr tarixində məlumat daxil olub.

25 yaşlı qadın yaşadığı evdə saat 06:30 radələrində dünyasını dəyişib. Hadisə Köhnə Xudatda qeydə alınıb. Ölümə səbəb su qızdırıcısından dəm qazının sızması ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

Daha öncə, Xaçmazda qadın yaşadığı evdə dəm qazından boğulduğu haqqda məlumat vermişdik.