Qubalı şəhid gizir Orxan Cabbarovun ailəsinə sosial ödənişlər təyin olunub. Bu barədə ShimalNews 24 noyabr tarixində “Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi”nə  istinadən məlumat verir.

Nazirliyin əməkdaşları şəhid Cabbarovun ailəsini ziyarət ediblər. Onlara sosial təminat hüquqları, qanunvericilikdə nəzərdə tutulan güzəşt və imtiyazlar haqqında məlumat veriblər.

Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları baş vermişdir. Nəticədə Orxan Cabbarovla birlikə ümumi 7 hərbiçimiz şəhid olub. Onların 14 ailə üzvünə müraciətləri olunmadan, zəruri sənədlər toplanıb və Prezidentin aylıq təqaüdü və müavinətinin (ümumilikdə 15 ödəniş) təyinatı həyata keçirilib.